Rusiyanın nüvə təlimləri izlənilir

15:24 20.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Şimali Atlantika Alyansı Rusiyanın nüvə təlimlərini izləyir". 

Hafta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. "Əlbəttə ki, biz onları və baş verənləri izləyirik", - deyə Rutte bildirib. 

Xatırladaq ki, mayın 19-dan 21-dək Rusiya qoşunları Strateji Raket Qüvvələri və uzaqmənzilli aviasiyanın iştirakı ilə təcavüzkar təhlükə qarşısında nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə təlimlər keçirir.